Batut gimnastikası və tamblinq üzrə Azərbaycan millisi Polşaya yollanıb. 

Offsideplus.az xəbər verir ki, yığmamız  Krakov şəhərində keçiriləcək 10-cu Vavel Beynəlxalq turnirində iştirak edəcəklər. Millimizin heyətində Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Fərhad Mustafayev (tamblinq) Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Əli Niftəliyev, Nicat Mirzəyev (batut gimnastikası) mübarizə aparacaq.

Qeyd edək ki, turnir 30 mart-4 aprel tarixlərində baş tutacaq.