Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində idman gimnastikası üzrə keçirilən Dünya kubokunda finala adlayıb.

Offsideplus.az xəbər verir ki, yığmamızın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub. Gimnast bu nəticə ilə adını finala yazdırıb.

Qeyd edək ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb. Final raundu martın 3-də keçiriləcək.