200 metr məsafəyə qaçış üzrə dünya və Avropa çempionu azərbaycanlı atlet Ramil Quliyev yeni hədəflərindən danışıb.
Offsideplus.az xəbər verir ki, beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramil, əsas məqsədinin 2020-Olimpiya oyunlarında uğur qazanmaq olduğunu deyib:
“İlk yarışa Dohada, 200 metr məsafəyə qaçışla başlayacağıq. Ümid edirəm ki, bu mövsüm ötən ildən daha da uğurlu olar. Bu mövsüm dünya çempionatına qatılacağıq. Yaxşı dərəcələr gözləyirik.
200 metrə qaçışda rekord qırmağa çalışacağıq. Çünki təklərdə daha yaxşı nəticə göstərmək mümkündür. Ümumilikdə, mövsüm ərzində 15-17 yarışda qaçmağı planlaşdırırıq.
Gənc idmançılar gəlib. Onlar da yaxşı nəticələr göstərir. 10, 20 saniyədən tez qaçanlar var. Bu mövsüm necə olacaq, görəcəyik. Zaman keçdikcə mübarizə çətinləşir. Amma hər şey öz ayağımızdadır. Useyn Bolt mümkünsüz görünən nəticələr göstərib. Eyni uğurları təkrarlaya bilərik.
Tokioda keçiriləcək olimpiya oyunları daha çətin olacaq. Çünki gec başlayır və isti ölkədə olacaq. Dərəcə əldə etmək çətin olur. Ancaq hər kəs eyni şəraitdə qaçdığı üçün əsas olan birinci çatmaqdır”.