"Tottenhem" klubunun keçmiş baş məşqçisi Maurisio Poçettino növbəti mövsümdən "Nyukasl" klubunun baş məşqçisi olacaq.

Offsideplus.az İngiltərə mediasına istinadən xəbər verir ki, Məhəmməd Bin Salmanın dəstəyi ilə "sağsağanlar"ı satın alan Amanda Staveley ilk iş olaraq, təcrübəli argentinalı mütəxəssisi bu posta gətirir.

48 yaşlı çalışdırıcının də bu təklifə müsbət baxdığı bildirilir.

Qeyd edək ki, İngiltərə təmsilçisinin hazırki baş məşqçisi Stiv Brusdur.