Bu həftə avrokuboklarda iştirak edəcək 2 komandanın adına aydınlıq gələcək.

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının sonuncu – XXXVI turunda “Zirə” “Səbail”lə, “Neftçi” “Sabah”la, “Sumqayıt” isə “Qəbələ” ilə qarşılaşır. 35 oyun həftəsindən sonra “ağ-qaralar” 56 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Zirə”  və “Sabah”  55 xalla 3 və 4-cü yerləri bölüşdürür, “Sumqayıt” isə 54 xalla 5-ci pillədə yer alıb. Bundan əlavə, “qartallar” Azərbaycan Kuboku finalını qazanarsa, 2-4 sıralarda olan 3 komandanın hər biri avrokuboklara lisenziyanı təmin edəcək. “Zirə”nin “Qarabağ”la matçda uduzması fərziyyəsi ilə klublarımızın şanslarını dəyərləndirək.

 

2

Neftçi

35

16

8

11

51-39

56

3

Zirə

35

15

10

10

32-22

55

4

Sabah

35

16

7

12

49-40

55

5

Sumqayıt

35

14

12

9

36-38

54

 

Avrokubok yolu – “Neftçi”

  • “Neftçi” – “Sabah” cütünün qalibi Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv olarsa, digər komandalardan xal üstünlüyünə görə, “flaqman” Avropa Liqasına vəsiqə qazanacaq.
  • Derbidə heç-heçə qeydə alınsa, “Neftçi” “Zirə” “Səbail”lə, “Sumqayıt”ın “Qəbələ” ilə bərabərə qalmasına ümid etməlidir. Belə olan halda, Bakı komandası Avropa Liqasına yollanacaq. Digər iki görüşdə rəqiblərdən birinin qələbə qazanması, digərinin uduzması “ağ-qaralar”ı Konfrans Liqasına aparacaq.
  • “Ağ-qaralar” derbidə uduzarsa, “Qəbələ” ya “Sumqayıt”ı məğlub etməlidir, ya da görüşdə bərabərlik qeydə alınmalıdır. Belə təqdirdə, “Neftçi” Konfrans Liqasına yollanacaq.
  • Flaqman derbidə uduzsa, “Sumqayıt” “Qəbələ”ni məğlub etsə, “ağ-qaralar”ın tək ümidi “Səbail” olacaq. “Dənizçilər” derbidə “qartallar”ı udmalıdır ki, “Neftçi” Konfrans Liqasına yollansın. Çünki Rəşad Sadıqovun komandası şəxsi oyunlarda “Neftçi” qabaqlayır.

Avrokubok yolu – “Sabah”

“Sabah” klubu:

  • “Neftçi” ilə oyunda qələbə qazansa;
  • “Neftçi” ilə matçda heç-heçə edəcəyi halda, “Sumqayıt” xal itirsə;
  • Derbidə bərabərlik qeydə alınsa, “Zirə” “Səbail”ə məğlub olsa;
  • “Neftçi” ilə görüşdə məğlub olma ehtimalında isə “kimyaçılar” da “Qəbələ” ilə oyunda heç-heçə etməlidir.

 

Avrokubok yolu – “Zirə”

  • “Zirə” “Səbail”ə qalib gəlsə;
  • “Zirə” “Səbail”lə heç-heçə edəcəyi halda, “Neftçi” – “Sabah” matçında tərəflərdən biri qalib gəlsə;
  • “Zirə” “Səbail”lə heç-heçə edəcəyi halda, “Neftçi” – “Sabah” matçında heç-heçə qeydə alınsa;
  • “Zirə” derbidə uduzsa, “Neftçi” – “Sabah” matçının nəticəsinən asılı olmayaraq “Sumqayıt” “Qəbələ” ilə görüşdə xal itirsə;

 

Avrokubok yolu – “Sumqayıt”

  • “Sumqayıt” “Qəbələ”yə qalib gəlsə, “Neftçi” – “Sabah” matçında kimsə qələbə qazansa;
  • “Sumqayıt” “Qəbələ”ni məğlub etsə, “ağ-qaralar” – “bayquşlar” görüşündə heç-heçə qeydə alınsa;

Beləliklə son turda avrokuboklar üçün ən çox şansı olan kollektiv “Zirə”dir. Şansını 2 iyuna saxlamaq istəməyən Rəşad Sadıqovun komandası bu həftəsonundan özünü sığortalamağa çalışacaq. “Neftçi” - “Sabah” duelində Bakının o tayı ilə bu tayı arasında ölüm-qalım mübarizəsi izləyəcəyik. Misli Premyer Liqasında 2-5-ci yerlərdə qərarlaşan komandalar arasında avrokubok şansı digər klublarla tərs mütənasib olan kollektiv “Sumqayıtdır”. Belə ki, cədvəlin ortasında (5-ci yer) qərarlaşan Samir Abasovun komandası yeni təmirdən çıxmış Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna ən azı Konfrans Liqası həyəcanını gətirməyə and içib.

Günay Xəlil