Şahmat üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatında bütün fiinalçılar müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu gün keçirilən tay-breyk görüşlərində ölkəmizin ən titullu şahmatçılarından biri Teymur Rəcəbov uğursuzluqla üzləşib.

O, Rauf Məmmədova 2:3 hesabı ilə uduzaraq, qızıl medal şansını əldən buraxıb. T.Rəcəbovun ümidi yalnız bürünc medala qalıb.

Şahmat həvəskarlarını kişilərin yarışında Şəhriyar Məmmədyarov - Rauf Məmmədov, qadınların mübarizəsində isə Gövhər Beydullayeva - Günay Məmmədzadə finalları gözləyir.

Yarımfinal

Kişilər

Şəhriyar Məmmədyarov (2732) - Misrətdin İsgəndərov (2515) 2:0

Rauf Məmmədov (2656) - Teymur Rəcəbov (2698) 3:2

Qadınlar

Ülviyyə Fətəliyeva (2381) - Gövhər Beydullayeva (2404) 1,5:2,5

Günay Məmmədzadə (2412) - Gülnar Məmmədova (2335) 2,5:1,5