Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Offsideplus.az xəbər verir ki, kişilərdən ibarət yığmamız II turda Finlandiya ilə görüşüb: 3,5-0,5. Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Aydın Süleymanlının görüşü heç-heçə ilə yekunlaşıb, Rauf Məmmədov, Nicat Abasov və Məhəmməd Muradlı isə qalib gəlib.

Qadınlardan ibarət millimiz Avstraliya ilə üz-üzə gəlib və görüş 3:1 hesabla yekunlaşıb. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektivdə Gülnar Məmmədova və Gövhər Beydullayeva heç-heçə edib. Xanım Balacayeva və Günay Məmmədova rəqiblərini məğlub edib.