Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün X turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvafiq olaraq, Ukrayna və Ermənistanla qarşılaşıb. Qadınlar Ermənistanla heç-heçə edib. Kişilərdən ibarət yığmamız isə Ukraynaya uduzub.
 
 
Ümumdünya Şahmat Olimpiadası
X tur
Kişilər
 
Azərbaycan - Ukrayna - 1,5:2,5
Şəhriyar Məmmədyarov - Vasili İvançuk - 0,5:0,5 
Teymur Rəcəbov - Pavel Elyanov - 0,5:0,5
Arkadi Naydiç - Yuri Krivoruçko - 0:1 
Rauf Məmmədov - Ruslan Ponomaryov - 0,5:0,5 
 
 
Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla oynayacaq.
 
Qadınlar
Azərbaycan - Ermənistan - 2:2
Günay Məmmədzadə - Elina Danielyan - 0,5:0,5 
Zeynəb Məmmədyarova - Lilit Mkrtçyan - 0,5:0,5 
Xanım Balacayeva - Anna Sarqsyan - 0,5:0,5 
Gülnar Məmmədova - Mariya Kursova - 0,5:0,5 
 
f1
f2
f3