Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının VII tur qarşılaşmaları keçirilib.
Offsideplus.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi Polşa yığması ilə üz-üzə gəlib. Yığmanın bütün şahmatçıları öz görüşlərini heç-heçə ilə başa vurub.
Bu nəticədən sonra Azərbaycanın kişilərdən ibarət yığması 13 xalla Polşa ilə birgə liderliyini davam etdirir.
Polşa – Azərbaycan - 2:2
Şəhriyar Məmmədyarov – Duda Yan-Kşiştof - 0,5:0,5
Teymur Rəcəbov – Rodoslav Voytaşek - 0,5:0,5
Arkadi Naydiç – Tomçak Yaçek - 0,5:0,5
Eltac Səfərli – Kamil Draqun - 0,5:0,5
E.Səfərli və T.Rəcəbov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayıb.