Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun görüşləri keçirilib. 

Offsideplus.az xəbər verir ki, Azərbaycanın kişilər ibarət yığma komandası ABŞ-la üz-üzə gəlib. Qarşılaşma millinin məğlubiyyəti ilə başa çatıb - 1,5:2,5.  Bu nəticədən sonra xallarının sayını 15-ə yüksəldən ABŞ kollektivi vahid lider olub. Azərbaycan millisi isə 13 xalla 3-cü yerdədir.