Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında dünya çempionatında 3-cü turun partiyaları oynanılıb.
Offsideplus.az xəbər verir ki, hesabat turunda şahmatçımız Ayan Allahverdiyeva qara fiqurlarla hindistanlı Saparya Qhosu üstələyib.
Qara fiqurlarla mübarizə aparan digər təmsilçimiz Nərmin Abdinova isə yerli şahmatçı Advika Saruprianı məğlub edib. Səbinə Rzalı da 3-cü turda qələbə qazanıb. O, Hasini Kamabathulanı (Hindistan) təslim olmağa məcbur edib.
Qeyd edək ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.