Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının IV tur qarşılaşmaları keçirilib.

Offsideplus.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi İngiltərə yığması ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın inamlı qələbəsi ilə başa çatıb - 3,5:0,5. 

 
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Teymur Rəcəbov rəqiblərinə qalib gəlib. Arkadi Naydiç isə öz görüşünü heç-heçə ilə başa vurub. 
 
Qadınlardan ibarət yığma komanda isə ABŞ kollektiv ilə dueldən məğlub ayrılıb - 1,5:2,5. Komandanın heyətində yalnız Xanım Balacayeva qələbə qazana bilib. 

Kişilər
Azərbaycan – İngiltərə - 3.5:0,5
Şəhriyar Məmmədyarov – Maykl Adams -1:0 
Teymur Rəcəbov – Lük Makşeyn - 1:0 
Arkadi Naydiç – Devid Hauel - 0,5:0,5
Rauf Məmmədov – Cons Qaveyn - 1:0 
Ş.Məmmədyarovla A.Naydiç ağ, R.Məmmədov və T.Rəcəbov isə qara fiqurlarla oynayıb.
 
 Qadınlar 
Azərbaycan - ABŞ - 1,5:2,5 
Günay Məmmədzadə - Anna Zatonski - 0:1
Zeynəb Məmmədyarova – İrina Kruş - 0:1
Xanım Balacayeva – Tatev Abrahamyan - 1:0 
Gülnar Məmmədova – Cennifer Yu - 0,5:0,5 
G.Məmmədzadə ilə X.Balacayev ağ, Z.Məmmədyarova və G.Məmmədova isə qara fiqurlarla mübarizə aparıb.
 
Qeyd edək ki, bu nəticələrdən sonra kişilərdən ibarət millinin 8, qadınlardan ibarət komandanın isə 6 xalı var.