Məşhur şahmatçı Qarri Kasparov terrorçu elan edilib.
Offsideplus.az xəbər verir ki, şahmat əfsanəsi Rusiya hökuməti tərəfindən "terrorçular və ekstremistlər" siyahısına salınıb. 60 yaşlı Kasparov Rusiya dövlətinin siyasətini tənqid edir və bu dövlətin Ukrayna ərazisini işğal etməsini pisləyirdi.
Qeyd edək ki, 10 ildən çox müddətdir ki, ABŞ-də yaşayan Qarri Kasparov hazırda siyasi aktivistdir.