Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün çempionluq və üçüncü yer uğrunda son görüşlər keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, şahmatçılar tay-brekdə güclərini sınayacaqlar. Finalda hindistanlı Rameşbabu Praqqnanandha ilə norveçli Maqnus Karlsen üz-üzə gələcək. Daha öncə keçirilən hər iki oyun heç-heçə ilə yekunlaşıb. 

Üçüncü yer uğrunda görüşdə isə Azərbaycan təmsilçisi Nicat Abasov Fabiano Karuana (ABŞ) ilə qarşılaşacaq. Şahmatçılar ilk iki klassik partiyada hərəyə bir qələbə qazanıblar.

Oyunlar saat 15:00-dan başlayacaq.