Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2024-cü ilin son reytinqindəki mövqeləri məlum olub.
Offsideplus.az xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb.
Şəhriyar Məmmədyarov (2738 xal) 16-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698 xal) 33-cü, Rauf Məmmədov (2656 xal) 69-cu pillədədir.
Siyahıya norveçli Maqnus Karlsen (2831 xal) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2805 xal) ikinci, bu ölkənin digər şahmatçısı Hikaru Nakamura (2802 xaç) üçüncüdür.