Bakıda keçirilən qadın şahmatçılar arasında Dünya Kubokunun qalibi bəlli olub.
Offsideplus.az xəbər verir ki, finalda FİDE-nin bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina və bolqarıstanlı Nurgül Salimova qarşılaşıb. Rusiyalı şahmatçı N.Salimovanı 2,5:1,5 hesabı ilə məğlub edərək qalib olub.
Ukraynalı Anna Muziçuk isə üçüncü yeri tutub.