Bakıda təşkil olunan Dünya Kubokunun yarımfinalında bu gün Azərbaycan şahmatçısı Nicat Abasov norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, ilk oyun saat 15:00-da start götürəcək. 28 yaşlı qrossmeyster qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.