"Real"ın sabiq futbolçusu Arda Gülerin ünvanına təriflər yağdırıb.

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun əfsanələrindən biri olan Quti İspaniyanın "AS" qəzetinə açıqlamasında türk ulduz haqqında danışıb:

"O, son dərəcə maraqlı oyunçudur. Hücumameyilli yarımmüdafiə oyanayan, möhtəşəm paslar və qollar atan gənc istedaddır".

Quti 19 yaşlı oyunçunun meydanda daha çox vaxt qazanacağını da qeyd edib:

"Önümüzdəki mövsümlərdə getdikcə daha çox ön plana çıxacaq. Karlo Ançelotti 4-4-2 oynatdığı zaman Arda Gülər və ya Brahim Diaz kimi texnikalı oyunçulara yer verə bilər".