Ötən mövsümkü oyununu tapmaqda çətinlik çəkən "Real" taktiki dəyişikliklərə başlayıb.

Offsideplus.az xəbər verir ki, heyətinə Kilian Mbappeni qatdıqdan sonra da 4-3-3 sistemində oynamağa davam edən Karlo Ançelotti sxemi yeniləməyi düşünür. Bu barədə "Marca" nəşri məlumat yayıb.

İtalyan mütəxəssisin 4-4-2 sisteminə keçməyi düşündüyü iddia olunub.

Qeyd edək ki, bu mövsüm La Liqada 5 oyuna 3 qələbə, 2 məğlubiyyətlə 11 xal toplayan "kral klubu" üçüncü pillədə yer alıb. Lider "Barselona"dan 4 xal geri qalır.