Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalına açılış mərasimində FIDE-nin prezidenti də iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bu tədbirlə bağlı Bakıya səfər edəcək.
Arkadi Dvorkoviç səfər zamanı bir sıra mühüm görüşlər keçirəcək.