Şahmatın rapid növü üzrə dünya çempionatı Almaniyanın Düsseldorf şəhərində baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, turnir 26-28 avqust tarixlərində keçiriləcək.

Komandalarda 6 qrossmeyster (1 qadın, ELO xalı 2000-dən az olan bir oyunçu) və 3 ehtiyat oyunçu yer alacaq.

Ümumilikdə 12 tur oynanılacaq. Dünya çempionatının mükafat fondu 250 000 avrodur.