Gövhər Beydullayeva İtaliyada keçirilən 20 yaşlı şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib.
Offsideplus.az Azərbaycan Şahmat Federasiyasının saytına istinadən xəbər verir ki, qızların turnirində Gövhər Beydullayeva qara fiqurlarla ən yaxın izləyicisi olan qazaxıstsanlı Assel Serikbayı məğlub edərək, yarışın sonuna üç tur qalmış yarışın vahid lideri olub.
Aktivində yeddi xalı olan Gövhərin ən yaxın izləyicisi isə, ondan yarım xal geri qalan bolqar Nurgül Səlimovadır.
Qeyd edək ki, Gövhər Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında çempion olan ilk qadın şahmatçıdır.