Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir.

Offsideplus.az xəbər verir ki, qadınlardan ibarət milli komanda bu turda Monqolustanla görüşüb və qələbə qazanıb.

Günay Məmmədzadə və Xanım Balacayevanın qalib gəldiyi görüşdə Gövhər Beydullayeva heç-heçə edib, Gülnar Məmmədova isə uduzub.

Ümumdünya Şahmat Olimpiadası
9-cu tur
7 avqust

Qadınlar

Azərbaycan – Monqolustan 2,5:1,5 

Günay Məmmədzadə - Enhtul Altan-Ulzi - 1:0
Xanım Balacayeva - Bayarjarqal Bayarmaa - 1:0
Gövhər Beydullayeva - Turmunk Munheul - 0:5:0,5
Gülnar Məmmədova - Bat-Erdene Munquneul - 0:1