Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət yığması növbəti görüşünü keçirib.
Offsideplus.az xəbər verir ki, IX turda Hindistanın 2-ci yığması ilə qarşılaşan kollektiv heç-heçə edib.
Şəhriyar Məmmədyarov və Rauf Məmmədov öz oyunlarını heç-heçə ilə başa vurub. Nicat Abbasov rəqibinə qalib gəlsə də, Vasif Durarbəylinin məğlubiyyəti komandanın qələbə qazanmasına mane olub.
Ümumdünya Şahmat Olimpiadası
IX tur
Kişilər
Hindistan-2 - Azərbaycan - 2:2
Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Nixal Sarin - Rauf Məmmədov - 0,5:0,5
Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli - 1:0
Raunak Sadvani - Nicat Abbasov - 0:1