Kişilərdən ibarət Azərbaycan yığması Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, millimiz III turda Argentina seçməsinə qalib gəlib.

Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqiblərini məğlub edib, Nicat Abbasov isə heç-heçəyə razılaşıb. Hazırda Qədir Hüseynovun görüşü davam edir. 36 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

III tur

Azərbaycan – Argentina 2,5:0,5

Şəhriyar Məmmədyarov - Fernando Peralta - 1:0

Rauf Məmmədov - Federiko Peres - 1:0

Qədir Hüseynov - Leandro Krisa (görüş davam edir)

Nicat Abbasov - Dieqo Flores - 0,5:0,5