Qadınlardan ibarət Azərbaycan yığma komandası Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, millimiz II turda Finlandiya yığmasını üstələyib:
Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəlib. Hazırda Ülviyyə Fətəliyevanın görüşü davam edir. 26 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.
Finlandiya – Azərbaycan - 0:3
Anastasiya Nazarova – Günay Məmmədzadə - 0:1
Yoanna Paasikanqas – Xanım Balacayeva - 0:1
Tanya Tuominen – Gülnar Məmmədova - 0:1
Sarabella Norlamo – Ülviyyə Fətəliyeva