Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində sonuncu oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü 7-ci turda Maqnus Karlsenlə qarşılaşıb.Görüş Məmmədyarovun 2.5:0.5 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə xalını 11-ə çatdıran Ş. Məmmədyarov Le Kuanq Lyemlə (Vyetnam) birlikdə turniri 5-ci pillədə başa vurub. Qalib isə 14 xalla Yan-Kşiştof Duda (Polşa) olub. Karlsen (Norveç, 12 xal) və Rameşbabu Praqnanandhaya (Hindistan, 12 xal) 2-3 pillələri bölüşdürüblər.