Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyinin dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyəti və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin birgə təşkililatçılığı ilə region gəncləri arasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsinə həsr edilmiş intellektual oyunlar üzrə “Qalib Gəncliyimizin Zəfər Kuboku” layihəsi 16 komandanın iştirakı ilə Şamaxı rayonunda keçirdi.
Təşkilatın mətbuat xidmətindən Offsideplus.az-a verilən məlumata görə final oyunu Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən müharibəsində şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik süküt ilə anıldıqdan sonra tədbir rəsmi olaraq açıq elan edilib.
Regionda fəaliyyətin genişləndirilməsi, gənclərə daha da faydalı layihələrdən yararlanması üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanması ilə tədbir davam etdi.
Daha sonra isə söz Şamaxı rayon icra hakimiyyətinin müavini Mehriban xanım Əyyubovaya söz verilib. Mehriban xanım layihə iştirakçılarını salamlayaraq nitqinə davam edib. Öklə rəhbərliyinin region gənclərinin qarşısına qoyduğu öhdəlikləri və gənclərin inkişafı dövlətin hər zaman prioritet istiqamətlərindən olmasını layihə iştirakçılarının diqqətinə çatdırıb. İntellektual gənclik öklənin idarəçiliyində mühüm yerə sahib olduğunu deyərək, Mehriban xanım bütün komandalara uğurlar arzulayıb.
Bundan sonra isə təşkilat sədri Azad Manaflıya söz verilib. A.Manaflı regionda gənclər ilə görülən işlərdən və təşkilatın keçirdiyi layihələrdən geniş söz açıb. Zəfər Kuboku layihəsi də regiononun qalib gəncləri üçün ən nüfüzlü layihəsi olduğunu diqqətə çatdırıb və region komandalarına kubok uğrunda uğurlar arzulayıb.
Bu gün ölkədə aparılan gənclər və idman siyasətinin təbliğ edilməsində Gənclər və İdman Nazirliyinin əvəzsiz xidmətləri görülməkdədir. Bu imkanların gənclərin diqqətinə çatdıran Elçin Qasımov nazirlik əməkdaşı bu imkanların daha da genişlənəcəyini vurğulayaq nitqinə davam edib. Həmçinin gənclərin məşğulluğunu təmin etmək, onları pis vərdişlərdən uzaq tutmaq və bu tip layihələrin keçirilməsi üçün regionda hər bir şəraitin olduğunu diqqətə çatdırıb.
Daha sonra isə Vətən müharibəsinin iştirakçısına keçdiyi döyüş yolu barədə danışmaq üçün söz verilib. Azərbaycanın igid oğullarının sayəsində bu gün doğma Qarabağımız artıq azaddır və bizlər demək olar ki, çox asanlıqla səfər edə və vətəmizin gözəlliklərini öz gözlərimizlə görə bilirik. Bu gün qalib xalq olaraq hər zaman bir yumuruq olaraq olaraq zəfər qazaq deyərək yarış iştirakçılarına uğurlar arzuladı.
Layihənin keçirilməsində əsas məqsəd region gənclərinin intellektini inkişaf etdirmək, gəncləri pis vərdişlərdən uzaq tutaraq intellektə inteqrasiyasını təmin etmək və Vətən müharibəsində şəhid olmuş soydaşlarımızın daim xatirəsini əziz tutmaqdır.
Oyun Nə? Harada? Nə zaman? formatında pandemiya qaydalarına uyğun olaraq keçirilib. Regionlardan mübarizəyə qatılmış komandaların əzmkar oyunundan sonra finalda regionlarını təmsil edəcək gənclərdən ibarət yığma komandalar mübarizəyə qatılıb. Ümumilikdə 4 regiondan 15-dən artıq komanda Zəfər Kuboku uğrunda intellekt mübarizəsi aparıblar.
Layihənin final mərhələsi isə Şamaxı şəhərinin Pirqulu kəndində 09 aprel 2022-ci il tarixində saat 10:00-da Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Təlim Tədris Mərkəzinin akt zalında təşkil edilib. Finalda iştirak edən komandaların gərgin mübarizəsinin sonunda İsmayıllı rayonun “Niyal”komandası Zəfər Kubokunun sahibi olub. Müvafiq olaraq ikinci və üçüncü yerlərə isə Qəbələnin “Polad Həşimov”və Şamaxının “İstiqlal”komandaları yiyələniblər. Qaliblər diplom və digər dəyərli hədiyyələrlə mükafatlandırılıb. Sonda isə komandalar ilə xatirə foto şəkli çəkilib.