Beynəlxalq Şahmat Federasiyası (FIDE) komandalararası dünya çempionatını ertələyib.

Offsideplus.az xəbər verir ki, İsrailin ev sahibliyi edəcəyi turnir bu ilin aprelində yox, noyabrda baş tutacaq.

Qurum bu addımı Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən iki ölkə komandalarının dünya çempionatında iştirak edə bilməmələri ilə əlaqləndirib.