Paytaxt Bakıda “Məmmədyarovlar" şahmat klubu fəaliyyətə başlayır.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycanın tanınmış şahmatçısı Zeynəb Məmmədyarova "Facebook" səhifəsində məlumat yayıb.

O bildirib ki, klubda kiçik bacısı Türkan Məmmədyarova və digər müəllimlər çalışacaq. Məmmədyarova həmçinin qardaşı, məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarovun iştirakı ilə ustad dərslərinin keçiriləcəyini diqqətə çatdırıb.