Polşanın paytaxtı Varşava şəhərində şahmatın blits növü üzrə dünya çempionatına start verilib.
Offsideplus.az xəbər verir ki, bu yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edir.
Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə qüvvəsini sınayır.
Məmmədyarov IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Ağ fiqurlarla oynayan 36 yaşlı qrossmeyster 36-cı gedişdə rəqibini məğlub edib.