İsmayıllıda şəhid Famil Əhmədzadənin əziz xatirəsinə həsr edilmiş “Regional Azərbaycan Kuboku”nun final mərhələsi keçirilib.
Offsideplus.az xəbər verir ki, Nə? Harada? Nə zaman? formatında keçirilən oyun Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkililatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunub.
Oyunun final mərhələsində Respublikası Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, RİH başçısının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova , şəhid ailələri və qazilər iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik süküt ilə anıldıqdan sonra tədbir rəsmi olaraq açıq elan edilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva çıxış edərək ölkə rəhbərliyinin nazirlik qarşısına qoyduğu öhdəlikləridən və region gənclərinin inkişafının nazirliyin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
RİH başçısının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova qonaqları salamlayaraq İsmayıllıda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, rayonda mütəmadi olaraq şəhidlərin xatirəsinə həsr olunmuş, gənclərin vətənpərvərlik ideyalarının təkminləşməsinə xidmət edən tədbirlər keçirilir.
Təşkilat sədri Azad Manaflı regionda gənclər ilə görülən işlərdən və təşkilatın keçirdiyi layihələrdən söz açaraq Regional Azərbaycan Kuboku layihəsinin region gəncləri üçün əhəmiyyətindən danışıb. Həmçinin vurğulayıb ki, regionda bu tip layihələr mütəmadi olaraq təşkil ediləcəkdir.
Daha sonra yarışa start verilib.
Nə? Harada? Nə zaman? formatında pandemiya qaydalarına uyğun keçirilən yarışda ümumilikdə 13 regiondan 16 komandası Regional Azərbaycan Kuboku uğrunda intellekt mübarizəsi aparıb.
48 suallıq gərgin mübarizənin sonunda İmişli rayonun “Therion” komandası Regional Azərbaycan Kubokunun qalibi olub. Müvafiq olaraq ikinçi və üçüncü yerlərə isə “Bayraqdar” və “Queentett” komandaları yiyələniblər. Regional Azərbaycan Kuboku layihəsinin reqlamentinə əsasən kiçik kuboka isə Ağdaşın “Queentett” komandası sahib çıxıb. Qaliblər diplom və digər dəyərli hədiyyələrlə mükafatlandırılıb. Sonda isə komandalar ilə xatirə şəkli çəkilib.
{gallery preview_height=400}2021-12-18/hat-1/{/gallery}