Norveçli qrossmeyster Maqnus Karlsen növbəti dəfə dünya çempionu olub.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı şahmatçı rusiyalı Yan Nepomnyaşi ilə dünya şahmat tacı uğrunda görüşün 11-ci partiyasından da qalib ayrılıb.
Qeyd edək ki, Maqnus Karlsen ilk dəfə 2013-cü ildə dünya şahmat tacına sahib çıxıb. O, hindistanlı Vişvanatan Anandı məğlubiyyətə uğradıb.