Latviyanın paytaxtı Riqa şəhərində şahmat üzrə “Grand Swiss” turniri davam edir.

Offsideplus.az xəbər verir ki, turnirdə sonuncu turun görüşləri baş tutub. Zəka sahiblərimizdən Vasif Durarbəyli özbəkistanlı Şəmsəddin Voxidovla heç-heçə edib.

Digər şahmatçılarımız  Aydın Süleymanlı xorvatiyalı Ante Brkiçə, Rauf Məmmədov ukraynalı Volodimir Onişçuka, Nicat Abbasov misirli Adli Ahmedə məğlub olub.

Hazırda Aydın və Vasifin hesabında 4 xal var. Rauf və Nicat isə 3,5 xal yığıblar.