Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində II turun görüşləri baş tutub.
Offsideplus.az xəbər verir ki, şahmatçılarımızdan Teymur Rəcəbov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. 4 hissəlik görüşdə qalib müəyyənləşmədiyindən, tay-breyk oynanılıb. Burada rəqib daha üstün olub.
Şəhriyar Məmmədov isə Maqnus Karlsenlə qarşılaşıb. Bu görüşdə isə qalib armageddonla müəyyənləşib və norveçli zəka sahibi 4:3 hesabı ilə qalib gəlib.