Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də 1/4 finalın digər görüşləri keçiriləcək.

Offsideplus.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir.

36 yaşlı qrossmeyster ilk oyun günündə rəqibinə 0,5:2,5 hesabı ilə uduzub. Məmmədyarov bu gün rəqibinə qalib gəlsə, tay-breyk oynanılacaq.

Çempionlar Turu

1/4 final cütləri

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 0,5:2,5

Uesli So (ABŞ) - Yorden Van Forest (Niderland) - 2:2

Alireza Firuzca (FIDE) - Le Kuanq Lyem (Vyetnam) - 1:3

Hikaru Nakamura (ABŞ) - Vladislav Artemyev (Rusiya) - 2:2

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.