Ermənistan şahmatçısı Levon Aronyan koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı qrossmeysterdə virusun simptomları aşkarlanıb.

Bu səbəbdən, Aronyan Rusiyanın Soçi şəhərində keçirilən Dünya Kubokunda ABŞ təmsilçisi Bobbi Çenqlə ikinci turun ilk görüşünə çıxa bilməyib.

Nəticədə ona texniki məğlubiyyət verilib.