Blits şahmat üzrə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Grand Chess Tour” yarışı başa çatıb.
Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə şahmatçılar daha 9 turun görüşlərini keçirib.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün 6 xal toplayıb. O, 15-ci tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan rəqibini bir gün öncə olduğu kimi yenə də məğlub edib.
Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adını Maksim Vaşye Laqrav qazanıb.