Şəhriyar Məmmədyarov "Grand Chess Tour”un blits yarışının 6-cı turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub edib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Kasparov üzərində qələbəsini sosial şəbəkə hesabından şərh edib:

"28 ildir şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Onun oyunları inanılmaz olub. 28 ildir onunla oyunu gözləyirdim və cəmi 7 gedişlə qalib gəldim. Bu isə hər dörd ilə iki gediş deməkdir! Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiniz? Dəstəyiniz üçün sizləri çox sevirəm. O, dahi şahmatçıdır. Biz isə tarixin bir parçasıyıq".