Beynəlxalq Şahmat Federasiyasının açıqladığı (FIDE) yeni reytinq siyahısının ilk "10-luğ"unda iki azərbaycanlı yer alıb.

Offsideplus.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk pilləni 2847 xalla norveçli dünya çempionu Maqnus Karlsen tutub. İkinci və üçüncü yerlərdə  Fabiano Karuana (ABŞ, 2806) və Dinq Liren (Çin, 2799) qərarlaşıb. 

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov iki pillə irəliləyərək 2782 xalla 6-cı sırada qərarlaşıb. Teymur Rəcəbov isə 2 763 xalla 10-cu yerdəki mövqeyini qoruyub. 

Qədir Hüseynov (2665) 2 pillə irəliləyərək 72-ci yeri tutub, 11 pillə geriləyən Nicat Abbasov (2656) isə 84-cü yerlə kifayətlənib. Rauf Məmmədov 3 addım irəliləyib və 87-ci sıradadır.

Bundan əlavə, qadın şahmatçılardan Günay Məmmədzadə (2460) 4 pillə irəliləyərək 25-ci, 5 pillə irəliləyən Gülnür Məmmədova 2385 xalla 77-ci olub. Xanım Balacayeva (2376) isə 91-cı sıradakı mövqeyini qoruyub.