Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən "Superbet Chess Classic" turnirində Azərbaycan şahmatçıları növbəti oyunlarına çıxıblar.
Offsideplus.az xəbər verir ki, Şəhriyar Məmmədyarov ağ fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb və rəqibini məğlub edib.
Digər şahmatçımız Teymur Rəcəbov qara fiqurlarla Boqdan Daniel Dyakla (Rumıniya) heç-heçə edib.
Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, Aleksandr Qrişukla (Rusiya) birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.