2022-ci ildə keçiriləcək İddiaçılar turnirində Teymur Rəcəbov da iştirak edəcək.

Offsideplus.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı qrossmeyster 2019-cu ildəki Dünya Kubokunun qalibi kimi yarışa dəvət alıb. Qərarı FIDE Şurasının üzvləri qəbul edib.

Son qalibi rusiyalı Yan Nepomnyaşi olan turnirin digər iştirakçıları hələ müəyyənləşməyib.

Qeyd edək ki, Teymur Rəcəbov koronavirusun yayılması səbəbindən ötən il bu turnirdən imtina etmişdi. Rusiyanın Yekaterinburq şəhərindəki yarış 2020-ci martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.