Son Azərbaycan çempionu Vasif Durarbəyli paylaşım edib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı qrossmeyster ölkəyə xarici hakimlərin gətirilməməsini qabardaraq, ölkəmizin Dünya kubokunda təmsil olunmamasını pisləyib: "Tarixdə ilk dəfə olaraq Dünya kubokuna Avropa seçmələri hibrid formatda keçirilir. Məncə, yaranmış vəziyyətdə qənaətbəxş çıxış yolu bu idi və təşəbbüsü dəstəkləyirəm. Yarışda iştirak niyyətimi bir ay öncədən bəyan etsəm də, qatıla bilmədim. Səbəb isə Azərbaycan Şahmat Federasiyasının(AŞF) vitse-prezidenti cənab Həsənovun (Faiq Hacıyev - red.) ölkəyə xarici hakimin gətirilməsi xərclərinin AŞF tərəfindən ödənilməsinə qarşı olmasıdır. Hərçənd digər Qafqaz ölkələri Ermənistan və Gürcüstan, eləcə də Avropanın əksər ölkələr əcnəbi hakim gətirib. Əlqərəz, Azərbaycan bu tarixi mötəbər yarışda təmsil olunmur".