Türkiyədə fəaliyyət göstərən mərc oyunları təşkilatlarından biri ağlasığmaz metodla pul qazanarkən yaxalanıb.
Offsideplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, qanundan kənar fəaliyyət göstərən həmin təşkilat bunun üçün həddi-büluğa çatmamış uşaqlardan istifadə edib. 15-17 yaş arası uşaqlar Türkiyənin Kadıköy, Şişli və Çəkməköy adlı ərazilərində bank ATM-lərindən pul yükləyib çıxararkən kameraya düşüblər. Belə ki, bir nəfər onları maşınla həmin yerə gətirərək, özü kənarda gözləyib. Daha sonra uşaqlar ATM-ə pul yükləyib çıxararaq, həmin şəxsə təhvil veriblər. Onlar bununla günə nə az nə çox 2 milyon türk lirəsi qazanıblar. Həmin uşaqlar isə 6 min lirəyə kirayələnib.
Türk polisi həmin dəstənin rəhbərlərini və bank ATM-lərdən pul çıxaran uşaqları göz altına alıb.