Şahmat üzrə Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində həlledici raundun ilk görüşləri baş tutub.
Offsideplus.az xəbər verir ki, Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda Levan Aronyanla (Ermənistan) qarşılaşıb. İlk oyun günündə heç-heçə qeydə alınıb - 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.
Çempionluq oyununda isə Maqnus Karlsenlə Hikaru Nakamura üzləşib. 4 görüşün yekununda dünya çempionu qalib gəlib - 3:1.
Qalib mayın 2-də keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.