Şahmat üzrə Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün həlledici raundun ilk görüşləri baş tutacaq.
Offsideplus.az xəbər verir ki, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.
Çempionluq uğrunda isə Maqnus Karlsenlə Nakamura üzləşəcək.
Final görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.