Azərbaycanlı şahmatçı Aydın Süleymanlı Çernoqoriyanın Niksiç şəhərində keçirilən "Niksiç Memorialı" beynəlxalq turnirinin 8-ci turunda yerli şahmatçı Luka Draskoviçi məğlub edərək son qrossmeyster balını əldə edib. 

Offsideplus.az Chess.az-a istinadən xəbər verir ki, 16 yaşlı Aydının, ELO reytinqi 2500-də çox olduğundan indi ona yalnız FIDE-nin növbəti konransını gözləmək qalır. Belə ki, Ali şahmat qurumunun növbəti konfransında Aydın Süleymanlıya rəsmi olaraq qrossmeyster titulu veriləcək.

Qeyd edək ki, Aydın Süleymanlı Azərbaycanın ümumilikdə 27-ci, aktiv şahmatçılar arasında isə 22-ci qrossmeysteri oldu.