“Neftçi Esports” bu gün E-Milli Liqada çempionluğu rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, komanda 13-cü turda “Keşlə”ni 8:4 hesabı ilə məğlub etməklə sonra bir tur qalmış buna nail olub.

Qeyd edək ki, AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 13 oyundan 36 xal toplayan “Neftçi Esports” sonuncu turda “Sumqayıt”la qarşılaşacaq.