Şahmat üzrə Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün 1/4 final mərhələsinin digər görüşləri baş tutacaq.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FIDE) ilə ikinci dəfə qarşılaşacaq. Mərhələnin ilk görüşlərində Rəcəbov rəqibi ilə heç-heçəyə razılaşıb, Məmmədyarov isə qələbə qazanıb. 

Bugünkü qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Rəcəbov bu gün ilk görüşünü qara, Məmmədyarov isə ağ fiqurlarla oynayacaq. Rəcəbov yarımfinala yüksəlmək üçün Karlseni məğlub etməlidirsə, Məmmədyarova heç-heçə də bəs edəcək.