Şahmatçımız Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində növbəti görüşünü keçirib.
Offsideplus.az xəbər verir ki, Rəcəbov, "Magnus Carlsen Invitational" adlanan yarışın 4-cü turunda Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.
Ağ fiqurla oynayan Rəcəbov əvvəlki 3 qarşılaşmada olduğu kimi, bu dəfə də heç-heçəyə razılaşıb. Görüş 92-ci gedişdə sülhlə başa çatıb.
Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə IV turda Yorden van Forestə (Niderland) qalib gəlib.